Kanadanın Kvebek əyalətində müsəlman ibtidai sinif müəlliməsi hicablı olduğu üçün işdən çıxarılıb.
Yerli CTV kanalının xəbərinə görə “Chelesa” məktəbində fəaliyyət göstərən şəxsiyyəti naməlum müəllimə əvvəl dərs verdiyi sinifdən çıxcarılıb, sonra onun işinə son verilib.
Qərbi Kvebek Xalq Məktəbləri Şurası, dövlət işçilərinin dini simvollardan istifadə etməsini yasaqlayan Kvebek əyalət qanunvericiliyinə görə müəllimənin sinifdən və işdən çıxarıldığını bildirib.
Şuranın sədri Vayne Deli həmin qanunun insan hüquq və azadlıqlarına zid olduğunu hökumətə bildirdiklərini, amma qanunu tətbiq etməyə məcbur qaldıqlarını deyib.
Qeyd edək ki, Kanadanın Kvebek əyalətində 2019-cu il iyunun 21-də qüvvəyə minən qanuna görə dövlət işçilərinin işdə dini simvollardan istifadə etməsi, o cümlədən hicab geyinməsi, xaç taxması və s. bu kimi dini rəmzlərdən istifadə etməsi qadağan edilib.