Tatarıstan muxtar respublikasının müftiliyi, Rusiyanın tətbiq etdiyi covid-19 peyvəndinin halallıq normativlərini araşdırmağ başlayıb.
Müftiliyin Halal Standartları komitəsinin sədri İrek Ziqanşin, halallıq normalarına uyğun olmasının bilinməsi baxımından istehsalçılardan peyvəndin tərkibinin açıqlanmasını tələb edib. Ziqaşin bildirib ki, peyvənd hazırlandığı və vurulduğu zaman müsəlmanların həssasiyyəti nəzərə alınmalıdır.
“Halallıq normalarına uyğunluğu test edə bilmək üçün “Sputnik V” və “EpiVakKorona” peyvəndlərinin tərkibinin açıqlanmasını tələb etmişik. Rusiyada 25 milyondan çox müsəlman yaşayır və bunun əksəriyyəti Tatarıstandadır. Bu səbəblə də halallıq sertfikatı çox əəmiyyətlidir. Bəzi peyvənd istehsalçıları bu ay İndoneziya və Malaziyadan halallıq sertfikatı alıblar.” – deyə sədr bildirib.
Rusiyanın hazırladığı “Sputnik V” və “EpiVakKorona” peyvəndlərinin halallıq sertfikatı almasının mümkün görünmədiyini bildirən Ziqanşin, peyvəndin tərkibində donuz geli olmasının halallığa mənfi təsir edəcəyini deyib.
“Donuz əti və məhsullarının istehlakı və istifadə edilməsi haramdır. Əgər peyvəndlərin tərkibində İslamın yasaqladığı bir tərkib olduğu məlum olarsa son qərarı alimlər verəcək.” – Ziqanşin qeyd edib.