ƏBU-BƏKR MƏSCİDİ YENİ ADLA FƏALİYYƏT GÖSTƏRƏCƏK

0

Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən “Əbu-Bəkr” məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq.

“Report”un əldə etdiyi məlumata görə, hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib.

Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid “Cümə məscidi” adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil.

Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Pandemiya şərtləri nəzərə alınaraq məhərrəmlik ayinləri tibbi qaydalara uyğun olmalıdır

QMİ qazılar şurası yerlərdəki nümayəndələrinə məhərrəmlik ayinləri ilə əlaqədar müraciət edib. “QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini...

Bağla