“ƏBU BƏKR” MƏSCİDİ YENİDƏN FƏALİYYƏTƏ BAŞLAYACAQ

0

“Əbu Bəkir” məscidi təhlükəsizlik tam təmin edildikdən sonra fəaliyyətə başlayacaq.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Komitə rəsmisi deyib ki, məscidin minarəsi qəzalı vəziyyətdədir: “Hazırda aidiyyatı qurumlar tərəfindən minarənin özülünün qiymətləndirilmə prosesi gedir. Əgər onu bərpa etmək, möhkəmləndirmək mümkün olarsa, tikinti işləri həyata keçiriləcək. Mümkün olmasa, minarə söküləcək. Məscidin fəaliyyətinin dayandırılması hələlik oradakı tikinti işləri ilə bağlıdır. Minarə sökülsə belə, təhlükəsizlik təmin edildikdən sonra məscid fəaliyyət göstərəcək”.

Qeyd edək ki, 2008-ci ilin 17 avqust tarixində “Əbu Bəkr” məscidinə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər həlak olmuş, 18 nəfər yaralanmışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İRANIN DİNİ LİDERİ XAMENEİ MİNLƏRLƏ İRAN GƏNCİNİN QATİLİNƏ VƏZİFƏ VERDİ

İranın Ali dini lideri Əli Xamenei 58 yaşlı keçmiş baş prokuror İbrahim Rəisini məhkəmə hakimiyyətinə yeni rəhbər təyin edib.

Bağla