Əfaqınstanın şimalındakı Pərvan vilayətinin mərkəzi Çarikar şəhərinin adı “İmam Əbu Hənifə” kimi dəyişdiriləcək. Yerli mətbuatın xəbərinə görə artıq bunun təklif edildiyi qanun təklifi valilik və şəhər bələdiyyəsi tərəfindən təsdiqlənib.
Qeyd edək ki, paytaxt Kabulun şimalındakı Pərvan vilayətində bir vaxtlar ABŞ hərbi kontinigentinin olduğu hərbi baza, həmçinin ölkənin ən böyük “Bagram” aeroportu yerləşir. Artıq bu hərbi bazadan və aeroportdan Taliban idarəsi istifadə edir.