Misirdəki Əl-Əzhər qurumu İsveçin paytaxtı Stokholmdə Qurani-Kərimin yandırılmasını pisləyib və müsəlmanları İsveç mallarını boykot etməyə çağırıb.
Qurum bu barədə sosial şəbəkədəki rəsmi sıhifəsində bəyanat yayıb.
“Bu terrorçuların Qurani-Kərimi yandırmasına izn vermək, İslamla bərabər digər dinlər və insanlara qarşı işlənən cinayətlərə də dəstək verməkdir. Qurani-Kərimə istiqamətlənmiş bu hücumlar həqiqi azadlıq və dinlərə hörmətə uzaq olduqlarını isbat edən cəmiyyətlərin alnındakı qara bir ləkədir. Qurani-Kərimə dəstək vermək üçün Əzhər, dünyadakı bütün azad insanları İsveç mallarını boykot etməyə dəvət edir.” – deyə Əzhərin bəyanatında bildirilir.
Bəyanatda həmçinin İslam dünyası və ərəb ölkələri, İsveçin müsəlmanlara istiqamətlənmiş siyasətinə qarşı bir olmağa çağırılıb.