ƏLCƏZAİRDƏ DÜNYANIN ÜÇÜNCÜ BÖYÜK MƏSCİDİ AÇILDI

0

Əlcəzairdə dünyanın üçüncü, Afrikanın 1-ci böük məscidi açılaraq mömilərin istifadəsinə verildi.

2012-ci ilin may ayında təməli qoyulan məscid, Hz. Muhammədin (SAV) doğum günü olan Mövlüd axşamında açılıb.

Məscidin açılışında Əlcəzairin baş naziri, hökumət və İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri iştirak edib.

Məscid tələbələrinin Quran tilavəti ilə başlayan açılışda məğrib və işa namazları da qılınıb.

120 min nəfərin eyni vaxtda ibadət edə biləcəyi məscid, Məscidi-Nəbəvi və Məscidi-Haramdan snra dünyanın üçüncü böyük məscidi hesab edilir.

Məscid kompleksi, 2 min nəfərlik 1 milyon kitaba malik kitabxana, konfrans zalı, islami incəsənət və tarix muzeyi, Əlcəzair tarixi tədqiqat mərkəzinin olduğu 12 binadan təşkil olunub.

Məscid minarəsinin hündürlüyü 267 metrdir.

Məscidin tikintisi 1 milyard 62 milyon dollara başa gəlmişdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Ermənistanın dövlət səviyyəsində törətdiyi bu terrora dünya ictimaiyyəti birmənalı mövqe ifadə etmir”

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə bəyanatla çıxış edib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir: "Təcavüzkar...

Bağla