Ümumdünya Müsəlman Alimlər Şurasının baş katibi Əli əl-Qaradaği, Fransa prezidenti Emanuel Makronun “İslam bu gün dünyanın hər yerində böhran yaşayır…” sözlərinə cavab verib.
Əli əl-Qaradaği sosial şəbəkədəki hesabında, “sizin kardondan düzəltdiyiniz saxta liderlərin günahlarına görə İslam dini məsuliyyət daşımır. İslam dini hər hansı bir böhranla da üz-üzə deyil…” – sözləri ilə cavab verib.
“Cənab prezident (Makron), İslam dini heç bir vaxt, heç bir idarəçiyə söykənməmişdir. Onun əleyhində olanlara isə öz fikirlərini yeritmək üçün qılınc qaldırmamışdır. Bu səbəblə də siz dinimizə görə qayğılanmayın.
Dinimiz əsla bir böhran yaşamır və yaşamayacaq. İslam dini bəşər məhsulu olmadığı üçün zəifləməsi və təhrif olması kimi bir qorxumuz da yoxdur.”
Qaradağı, bəzi insanların planlarına və islamafobiyaya baxmayaraq İslam dininin diri olduğunu vurğulayıb.
“Cənab Makron, gələcək İslamındır. Biz, başqalarının dinlərini və müqəddəslərini leqal hədəflər kimi göstərən cəmiyyətlərin gələcəyinə görə qayğılanırıq. XXI əsrdə yaşadığı halda, dini müharibələr xəyalı ilə hələ də Orta Əsrlərdə yaşayan bir hökmdara (Makrona) ancaq yazığımız gəlir.”
Qaradaği bildirib ki, ortada bir böhran varsa bunun səbəbi qərbli siyasətçilərin ikili standartlarıdır.
“Ərəb və İslam dünyasındakı bəzi ölkələrin rəhbərlərinin, əlaltılarınız və ya təbrik etdiyiniz dövlət çevrilişi edən hərbçilər olduğunu sizə xatırladıram. Cənab Makron, böhranda olan sizlərsiniz. Əxlaqi, humanist və siyasi böhranlarla çökürsünüz.” – deyə baş katib bildirib.