Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.
Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib. Bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Yanğın nəticəsində 66 nəfər həlak olub, 51 nəfər yaralanıb.
Yanğının səbəbi hələ ki məlum deyil.