Abşeron rayonunun Məmmədli kəndində yerləşən Əli daşı türbəsi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda dəyişiklik edilib. Dəyişikliklə Əli daşı türbəsi (XVII-XVIII əsrlər) siyahıya salınıb.