ƏLİ ERBAŞ:  BƏŞƏRİYYƏTİN XİLASI ÜÇÜN DUA EDƏK

0

Türkiyənin Diyanət komitəsinin sədri professor Əli Erbaş şaban ayının 15-i – Bərat gecəsi ilə əlaqədar müsəlmanlara müraciət edən bəyanat yayıb. Əli Erbaş, mübarək gün və gecələrdə ifa edilən ibadətlərin savabının çox olduğunu, bu gecələrdə dua və istəklərin qəbul edildiyi xüsusi fürsət vaxtı olduğunu vurğulayıb.  

“Bu gecə yaradılış məqsədimiz, Rəbbimizə, ətrafımıza və bütün məxluqata qarşı öhdəliklərimiz barədə fikirləşmək və daha yaxşı bir həyata başlamaq üçün əhəmiyyətli bir fürsətdir. Xüsusilə dünyanı təsiri altına alan koronovirusa qarşı bütün səmimiyyətimizlə bəşəriyyətin xilası üçün  Allaha dua edək.” – deyə Diyanət sədri bildirib.

Ölkə rəhbərliyi tərəfindən qəul edilən tədbir qərarlarına riayət etmənin zəruri olduğunu deyən Erbaş, möminləri öz evlərini məbəd kimi görməyə, vaxt namazlarından sonra qəza namazları qılmağa dəvət edib. Komitə sədri həmçinin bütün möminlərə, evdə qalınan bu günlərdə Qurani-Kərimi çox oxumağı, bazar ertəsi və cümə axşamı günləri oruc tutmağı məsləhət görüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMAN QADIN AĞLAYARAQ MÜSƏLMANLARDAN ÜZR İSTƏDİ

Almaniyanın Visbaden şəhərindəki türklərə aid dərnəklər birlikdə “Qonşuna yardım Et” adlı yardım kampaniyası başladıblar. Məlumata görə, yadım kampaniyasının hədəfi əsasən...

Bağla