Türkiyə Diyanət işlərinin sədri Əli Erbaş, qlobal pandemiya səbəbindən dayandırılan müqəddəs Həcc ziyarəti barədə açıqlama verib.
Yerli telekanallardan birinə müsahibə verən Erbaş Həcc və Ümrə ziyarəti üçün yolların açılmasını istədiklərini, bu istiqamətdə veriləcək qərarın Səudiyyə Ərəbistanına aaid olduğunu deyib.
“Ehtimal ki, yoluxma sayının az olduğu ölkələrdən məhdud sayda zəvvar qəbul edilir. Amma Türkiyə və Avropa ölkələri olmaqla 21 ölkə bu siyahıya daxil deyil. Biz onların qərarını gözləyirik. 2 milyona yaxın qardaşımız Həcc üçün qeydiyyatdan keçib və gözləyir. Əvvəllər əhali sayının mində biri qədər ölkə üzrə kvota ayırırdılar. İndi bu rəqəm on mində bir olacaq, necə olacaq bunun meyarlarını gözləyəcəyik. Əgər yollar açılsa və nə qədər kvota verilsə biz hazırıq. Əvvəla püşk çıxan zəvvarları aparacağıq.” – deyə Əli Erbaş bildirib.
Əli Erbaş Diyanət olaraq bu ayın sonundan 4 günlük Qüds ziyarətlərinə də başlayacaqlarını qeyd edib.