Türkiyənin rəsmi dini komitəsi “Diyanət”in başqanı professor Əli Erbaş bütün müsəlmanları peyğəmbərimiz Hz. Muhammədə (SAV) yönəlmiş təhqir hərəkatı ilə şüurlu mübarizəyə dəvət edib.
İslamveirfan.com xəbər verir ki, Diyanət başqanı fikirlərini sosial şəbəkədəki şəxsi səhifəsində yayıb.
“Mövludu-Nəbi həftəsini idrak etdiyimiz bu günlərdə, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimizi (SAV) təhqir edən karikaturaların Fransadakı ictimai binalarda əks edilməsi, İslam düşmənliyinin rəsmi məqamlar tərəfindən dəsəkləndiyini göstərir.
Peyğəmbərimizə (SAV), müsəlmanlara və müqəddəslərimizə qarşı göstərilən bu mövqeni qəbul etmək mümkün deyil. Hiddət və nifrət dolu bir hərəkətlə İslam düşmənliyini artıran, ictimai sülhü hədəfə götürən bu zehniyyətə qarşı beynəlxalq ictimaiyyəti şüurlu mübarizəyə dəvət edirəm.” – deyə Erbaş mesajında vurğulayıb.