ƏLİ ERBAŞ: İSLAMAFOBİYA BƏŞƏRİYYƏTƏ QARŞI İŞLƏNƏN CİNAYƏTDİR – VİDEO

0

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində “Diyanet” komitəsinin təşkilatçılığı ilə 1-ci Beynəlxalq Mətbuat və İslamafobiya simpoziumu öz işinə başlayıb.

İslamveirfan.com xəbər verir ki, bu barədə “Diyanet” komitəsinin sədri Əli Erbaş şəxsi tvitter səhifəsində məlumat paylaşıb. Erbaş islamafobiyanın bəşəriyyətə qarşı bir cinayət olduğunu deyib:

“İslamafobiya İslam dinini və müsəlmanları bir qorxu və təhdid ünsürü kimi göstərməyə cəhd edən qaranlıq bir layihədir. Bu, bəşəriyyətə qarşı işlənən bir cinayətdir. Ağlın öz funkiyasını itirməyidir. Tərkibində irqçilik olan İslam düşmənçiliyidir.” – deyə Əli Erbaş paylaşımında vurğulayıb.

Qeyd edək ki, simpozium öz işini sabah başa çatdıracaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TÜRKİYƏ İLK DƏFƏ Aİ VƏ NATO ÜZVÜ OLAN ÖLKƏYƏ DRON TƏDARÜK EDƏCƏK”

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ilə Ankarada rəsmi səfərdə olan Polşa prezidenti Ancey Duda arasında görüş olub. Rəsmi sənədlər imzalandıqdan...

Bağla