Türkiyədə, qloal pandemiya və təbii fəlakət nəticəsində vəfat edənlər üçün “Quran və dua” proqramı keçirilib.
İslamveirfan.com xəbər verir ki, Ankara “Hacı Bayramı-Veli” məscidində baş tutan tədbirdə “Diyanət” dini komitəsinin sədri professor Əli Erbaş da iştirak edib.
Qurani-Kərim qiraəti ilə başlayan tədbirin sonunda “Diyanət” rəhbəri pandemiya nəticəsində dünyasını dəyişənlərlə yanaşı xəstəlikdən əziyyət çəkən və müalicə olunanlar üçün, habelə bütün bəşəriyyətin xilası üçün dua edib.
Tədbirdə çəkilmiş video-materialı oxucularımıza təqdim edirik: