ƏMİNƏ ƏRDOĞAN MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİB

0

Türkiyə Respublikası Prezidentinin xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Çox hörmətli Mehriban xanım, Əziz Bacım.

Doğum gününüzü ən səmimi diləklərimlə təbrik edir, sevdiklərinizlə birlikdə cansağlığı, xoşbəxtlik və hüzur dolu neçə belə illər arzu edirəm.

Bu əlamətdar günün xüsusilə illərlə haqsız şəkildə yurdundan qoparılmış Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarıldığı günə təsadüf etməsi sevincimizi daha da artırıb.

“Bir millət, iki dövlət” inancından aldığı güclə və qardaşlıq bağlarımız əsasında ən yüksək səviyyəyə çatdırdığımız Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına dəyərli töhfələriniz hər cür təqdirə layiqdir.

Fürsətdən istifadə edərək şəxsən Sizə, çox hörmətli ailənizə və qardaş Azərbaycan xalqına ən xoş arzularımı və ən səmimi sevgilərimi çatdırıram.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə XİN Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb. Bu barədə Türkiyə XİN-dən məlumat...

Bağla