Müqəddəs ramazan ayının başlaması ilə dünyanın dörd bir tərəfində yaşayan müsəlmanlar oruclarını müxtəlif vaxt ərzində tutacaqlar.
Bu barədə Türkiyənin dini komitəsi “Diyanət”ə aid “ramazan.diyanet.gov.tr” ünvanında ətraflı məlumata yer verilib. Həmin ünvanda 208 ölkəyə aid oruca başlama və orucu açma məlumatları yerləşdirilib.
Bu məlumatlara görə ramazanın ilk günü ən uzun oruc Rusiyanın Murmansk şəhərində və İslandiyanın paytaxtı Reykyavik şəhərində tutulacaq. 68 dərəcə şimal meridanında yerləşən Murmansk ilə 64 dərəcə şimal meridanında yerləşən Reykyavik şəhərində ilk gün imsaqla iftar arasıdakı vaxt 16 saat 53 dəqiqə olacaq. Norveçin Tromso şəhərində isə bu vaxt 16 saat 52 dəqiqə olacaq.
54 dərəcə cənub meridanında yerləşən Argentinanın Uşuayya şəhərində imsaqla iftar arasındakı vaxt 12 saat 12 dəqiqə olacaq.
Mövsüm fərqliliyi səbəbindən dünyanın cənub yarımkürəsində yaşayanlar, şimalda yaşayanlara nisbətən daha qısa vaxt ərzində oruc tutacaqlar.
Ramazanın ilk günündə şəhərlərə görə oruc tutulan vaxt:
Norveçin paytaxtı Oslo – 16 saat 6 dəqiqə.
İsveçin paytaxtı Stokholm – 16 saat 3 dəqiqə
Rusiyanın paytaxtı Moskva – 15 saat 45 dəqiqə
Danimarkanın paytaxtı Kopenhagen – 15 saat 45 dəqiqə
Almaniyanın paytaxtı Berlin – 15 saat 32 dəqiqə
İngiltərənin paytaxtı London – 15 saat 28 dəqiqə
Fransanın paytaxtı Paris – 15 saat 19 dəqiqə
Kanadanın Toronto şəhəri – 15 saat 10dəqiqə
İtalyanın paytaxtı Roma – 15 saat 2dəqiqə
Yunanıstanın paytaxtı Afina – 14 saat 46 dəqiqə
İranın paytaxtı Tehran – 14 saat 37 dəqiqə
ABŞ-ın paytaxtı Vaşinqton – 15 saat 14 dəqiqə
Cənubi Koreyanın paytaxtı Seul – 14 saat 44 dəqiqə
Livanın paytaxtı Beyrut – 14 saat 31 dəqiqə
Pakistanın paytaxtı İslamabad – 14 saat 21 dəqiqə
İraqın paytaxtı Bağdad – 14 saat 30 dəqiqə
Qüds şəhəri – 14 saat 28 dəqiqə
Misirin paytaxtı Qahirə – 14 saat 20 dəqiqə
Hindistanın paytaxtı Yeni Dehli – 14 saat 16 dəqiqə
Səudiyyə Ərəbistanının paytaxtı Riyad – 14 saat 6 dəqiqə
Efiopiyanın paytaxtı Əddis Əbəbə – 13 saat 36 dəqiqə
Kenyanın paytaxtı Nayrobi – 13 saat 22 dəqiqə
Braziliyanın Rio de Janeyro şəhəri – 12 saat 59 dəqiqə
Argentinanın paytaxtı Buenos Ayres və Cənubi Afrikanın Keyptoun şəhəri – 12 saat 49 dəqiqə
Ramazanın axırıncı gününə təsadüf edən 12 may tarixində isə Murmansk ilə Reykyavik şəhərlərində oruc müddəti 19 saat 28 dəqiqə olacaq. Bu müddət Norveçin Tromso şəhərində 19 saat 27 dəqiqə, Argentinanın Uşayya şəhərində isə azalaraq 10 saat 17 dəqiqə olacaq.
Anadolu agentliyi