Ərdoğan: “Azərbaycan Ermənistanın quldurcasına işğal etdiyi torpaqlarını bir-bir azad edir”

0

“Ermənistanın soyqırımı törətdiyi Dağlıq Qarabağ başda olmaqla, Azərbaycan torpaqlarının bir hissəsinin işğalı təxminən 30 ildir davam edir. Beynəlxalq ictimaiyyətin bu soyqırımı və işğala illərdir səssiz qalmasından cəsarətlənən Ermənistan mülki əhaliyə qarşı yeni təcavüzkar hərəkətlərini davam etdirir”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, buna görə də Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başlayıb və Ermənistanın quldurcasına işğal etdiyi əraziləri bir-bir geri alır: “Türkiyə bundan sonra da “Bir millət, iki dövlət” olaraq haqlı mübarizəsində Azərbaycan dövlətinin, xalqının yanındadır. Azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstəyimizi bütün imkanlarımızla davam etdirəcəyik. Bu regional problemin həlli üçün sözdə təşəbbüslə çıxış edən dövlətlər, beynəlxalq təşkilatlar təəssüf ki, bu günə qədər problemi həll edə bilməyiblər. Bu dövlətlərin və təşkilatların davranışı Ermənistanın ərköyünləşməsinə, yeni işğal fəaliyyətlərinə başlamasına səbəb oldu. Qarabağ münaqişəsinin həlli üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin icra olunması lazımdır. Türk millətinə qarşı hər fürsətdə təcavüzkar və düşmən mövqe nümayiş etdirməkdən çəkinməyən Ermənistan bölgədə sülhün, sabitliyin önündə ən böyük əngəldir”.

Ərdoğan qeyd edib ki, Ermənistan regionda geniş münaqişə ocağının yaranmasında maraqlıdır: “Baş verən son proseslər kimin həqiqətən sülh tərəfdarı olduğunu göstərdi. Beynəlxalq ictimaiyyət bu həqiqətləri görərək, illərdir tətbiq etdiyi ikili standartlardan vaz keçməli və Ermənistanın Azərbaycan torpaqlarındakı mövcudluğuna son qoymalıdır”.

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Abdullah Ağar: “Azərbaycan Ordusu doğru yoldadır”

“Azərbaycan Ordusunun haqlı mübarizəsində tam zəfər çalacağına inanıram”. Bunu Apa-nın yerli bürosuna açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar deyib. O...

Bağla