Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib.
Bu barədə qərar “Rəsmi Qəzet”də dərc olunub.
Anlaşma Memorandumuna əsasən tərəflər bu sahədə əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyası yaradacaq və məlumat mübadiləsi aparacaq.
Qeyd edək ki, müvafiq sənədi aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev də təsdiqləyib.
Report