Ərdoğan Azərbaycan və Türkiyənin gələcəkdə birgə həyata keçirəcəyi layihələri açıqlayıb

0

“Türkiyə Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirəcək”.

“HaberGlobal” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində xalqa müraciəti zamanı bildirib.

Onun sözlərinə görə, Türkiyə Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirəcək: “Bu gün sürətli qatardan Sivas xalqı yararlanır, bundan Ərzincan və Tokatdan olan sakinlərimiz də faydalanacaqlar. Yəni bu xətti Ərzincan, Ərzurum və Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıq. Bütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki Qarabağı birlikdə azad etdik, Türkiyəni şərqlə qərb arasında enerji mərkəzi etdik. Biz də azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu inkişaf etdirəcəyik”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU İLİN İLK HACI ZƏVVAR QRUPU MƏKKƏYƏ GEDİB

2023-cü ilin həcc mövsümünün ilk zəvvar qrupu müqəddəs Məkkə şəhərinə çatıb. Bu barədə Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin sosial şəbəkədəki rəsmi...

Bağla