Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. “HaberGlobal” xəbər verir ki, səfər noyabrın 8-də – Qarabağ Zəfərinin birinci ildönümündə baş tutacaq.
“Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir”, – məlumatda bildirilib.