Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

Məlumatı “Resmi Gazeta” yayıb.

Sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir.

Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.

Saziş mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ MƏDƏNÇİLİK İŞÇİ QRUPU YARADACAQ

Azərbaycan və Türkiyə arasında imzalanmış, qarşı tərəfin bu gün təsdiq etdiyi "Mədənçilik sahəsində əməkdaşlıq haqqında" sazişin tətbiq edilməsi məqsədi ilə...

Bağla