Ərdoğan BMT sülhməramlılarının Kiprdəki hərəkətlərini qəbuledilməz adlandırıb

0

Kiprdə bufer zonada olan BMT sülhməramlı qüvvələrinin nümayəndələrinin orada yaşayan yerli türklərə qarşı hərəkətləri qəbuledilməzdir və regionda gərginliyə səbəb olur.

“TRT Haber” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

“Sülhməramlı qüvvələrin Şimali Kipr Türk Respublikasının sakinlərinə qarşı hərəkətləri bizim üçün qəbuledilməzdir. Təəssüf ki, onlar regionda gərginliyin artmasına səbəb olub, onların nə hüquqi, nə də humanitar əsasları var”, – Ərdoğan bildirib.

Xatırladaq ki, daha öncə Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin sülhməramlı qüvvələrinin bu addımını pisləmişdi.

 

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA TDT NAZİRLƏR GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə nazirlərinin ikinci iclası keçiriləcək....

Bağla