Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikada keçirilən, dünyanın dörd bir tərəfindən müsəlmanların iştirak etdiyi MAS-ICNA qurultayında göndərdiyi video-mesajla iştirak edib.
Türkiyə prezidenti mesajında bildirib ki, müsəlmanların inkişaf etməsi ancaq öz aralarında həmrəyliyi təmin etməkləri ilə mümkün olacaq.
“Allah-Təala Qurani-Kərimdə hər çətinlikdən sonra hökmən rahatlıq olacağının müjdəsini verir bizə. Mənəvi rəhbərlərimizdən olan həzrəti Mövlana, ümidsizliyin arxasındanecə ümidlər, qaranlığın arxasında necə günəşlər var – deyərək Rəbbimizin bu müjdəsini sanki açıqlamışdır. Biz istər siyasi, istər gündəlik həyatımızda, istər ölkəmiz, millətimiz və ümmət üçün apardığımız mübarizədə bu ilahi müjdəyə şahid olduq. Qarşımıza sıxıntılar, çətinliklər çıxsa da hər dəfə çətinlikdən sonra gələn rahatlığa qovuşduq.” – deyə Ərdoğan qeydedib.
Qlobal pandemiyadan sonra da asanlıq və rahatlıq olacağını deyən Ərdoğan, bunun üçün ümidsizliyə düşmədən tədbirlərə riayət edib, təqdirə razı olaraq qərarlılıqla mübarizəyə davam etməyimizlazım olduğunu vurğulayıb.
“Pandemiya ilə birlikdə çoxalan İslam düşmənçiliyi, əcnəbi əleyhdarlığı və mədəni irqşilik kimi cərəyanlara qarşı həmrəyliyimizi daha da çoxaltmalıyıq. Müsəlmanların inkişaf etməsi ancaq öz aralarında təmin edəcəkləri birliklə mümkündür. Beynəlmiləl qardaşlığımızın etnik və mədəni fərqliliklərlə zədələnməsinə izn verməməliyik. Mənşəyi, rəngi, qəbiləsi, mədəniyyəti, məzhəbi nə olursa olsun bütün müsəlmanlar qardışdır!” – Ərdoğan deyib.
Qeyd edək ki, ABŞ-ın Çikaqo əyalətində 10 minlərlə müsəlmanın iştirak etdiyi 20-ci MAS-ICNA qurultayı keçirilir. Qurultay bu gün baş tutacaq qapanış iclası ilə öz işinə yekun vuracaq.