Ərdoğan: “Ermənistan Qarabağ müharibəsində dərsini alıb, yerində oturub”

0

“Ermənistan illərlə Türkiyənin torpaqları ilə bağlı xəyallar qurub, İkinci Qarabağ müharibəsində dərsini alıb, yerində oturub”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-də Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

O qeyd edib ki, türk milləti olaraq bu torpaqlarda azad, namuslu, dinc yaşamaq istəyiriksə, güclü olmalıyıq: “Siyasi, iqtisadi, ictimai quruluşu, hərbi gücü, təhlükəsizliyi ilə hər sahədə güclü olmasaq, bu torpaqlarda yaşamağa imkan verməzlər”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev: “Azərbaycanın Fələstində məktəb inşa etməsi gündəlikdədir”

"Azərbaycanın Fələstində məktəb inşa etməsi gündəlikdədir". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı məktubda əksini...

Bağla