Ərdoğan: “Ermənistanın Qarabağla bağlı atdığı addımlar düzgün deyil”

0

“Ermənistanın Qarabağla bağlı atdığı addımlar düzgün deyil”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük İyirmiliy”in (G 20) sammitinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

“Biz buna müsbət baxmırıq, bunu qəbul etmək mümkün deyil. Sabah Paşinyanla (Ermənistanın baş naziri Nikol Paşinyan-red) danışıqlar aparacağam. Bu məsələ ilə bağlı onlara xəbərdarlıq edəcəyik və belə bir seçkinin (Qarabağda qondarma seçkilər-red) qətiyyən mümkün olmadığını bildirəcəyik. Onsuz da görüşdüyüm ölkə başçılarının heç biri bunu qəbul etmir”, – Ərdoğan bildirib.

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Prezidenti Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat mərkəzi məlumat...

Bağla