ƏRDOĞAN: FƏLƏSTİN DÖVLƏTİ QURULANADƏK MÜBARİZƏ APARACAĞIQ

0

“1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds (Yerusəlim – red.) olan müstəqil Fələstin Dövləti qurulanadək bu mübarizə aparacağıq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə – İran Biznes Forumunda açıqlayıb.

“Biz İsrailin müharibə cinayətlərindən yaxasını qurtarmaması üçün üçün beynəlxalq səviyyədə atılan addımları dəstəkləyirik”, – dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdəki münaqişənin ilk günündən “bu məsələdə qürurlu və vicdanlı mövqe ortaya qoyub”.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YOL POLİSİ QARIN YARADA BİLƏCƏYİ​ FƏSADLARLA BAĞLI XƏBƏRDARLIQ EDİB

Daxili İşlər Nazirliyinin (DİN) ​Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarın yarada biləcəyi​ fəsadlarla bağlı xəbərdarlıq edib. Bu barədə BDYPİ-dən...

Bağla