Ərdoğan: “İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”

0

“Türk dövlətləri ilə, xüsusən də qardaşım İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

Ərdoğan “Millət İttifaqı”nın prezidentliyə namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu sərt tənqid edib:

“Kılıçdaroğlu Türkiyəyə Boraltan körpüsünün utancını yaşatmaq istəyir. Dedilər ki, ruslar bizi öldürməsin, ermənilər bizi öldürməsin, siz öldürün. İndi Qarabağın azad edilməsi ilə bu qara ləkəni təmizlədik. Biz bu məsələdə əvvəldən humanist, islami və vicdanlı mövqe tutmuşuq”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NYU-YORKDAKI “TÜRK EVİ”NİN QARŞISINDA MÜHAFİZƏ POSTU YARADILACAQ

Nyu-York polisi “Türk Evi”nin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. “Report”un ABŞ bürosu xəbər verir ki, Nyu-York Polis Departamentinin bölgəyə ezam olunmuş...

Bağla