ƏRDOĞAN İSTANBULDA 20 MİN NƏFƏRLİK MƏSCİDİN AÇILIŞINI EDİB

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Barbaros Hayreddin Paşa məscidinin açılışını edib.

Bu barədə “Report”un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir.

Məscidin inşası 35 ay müddətində tamamlanıb.

Memar Sinanın Süleymaniyə məscidi təqlid olunaraq dizayn edilən Barbaros Hayreddin Paşa məscidinin tutumu 20 min nəfərdir. Məsciddə 929 avtomobil üçün dayanacaq, emalatxana, kitabxana, çoxfunksiyalı zal və yeməkxana var. Nəhəng layihədə dənizçilik və gəmiçilik motivlərindən istifadə olunub.

Qeyd edək ki, Barbaros Hayreddin Paşa məscidinin layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana aiddir.

Resim

Barbaros Hayrettin Paşa Camii'nde son rötuşlar -

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Nərimanovdakı “Cümə” məscidində təmirdən sonra ilk Cümə namazı qılınıb

Bakının Nərimanov rayonu ərazisində yerləşən “Cümə” məscidində təmirdən sonra ilk dəfə Cümə namazı qılınıb. Namaz Ceyhun Rüstəmovun imamətliyi ilə qılınıb....

Bağla