“PKK-nın İraqda varlığına son qoyulmalıdır”.
“Haber Global” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı deyib.
İraqın sülh, sabitlik və ərazi bütövlüyünə Türkiyə qədər önəm verdiklərini bildirən Ərdoğan PKK-nın İraq torpaqlarında varlığına son qoyulmasının milli təhlükəsizlik maraqlarına cavab verdiyini qeyd edib.
Söhbət zamanı Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib. Ərdoğan ikitərəfli və regional əməkdaşlığın qarşıdakı dövrdə bütün sahələrdə daha da güclənəcəyinə inandığını vurğulayıb.