“Türkiyə Əfqanıstana davamlı olaraq dəstək göstərəcək”.
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Hüquq və ədalət tələblərimizi siyasi riyakarlıq kimi qəbul edənlər məzlumların səsi, nəfəsi və ümidi olduğumuzu anlamadılar. Dostlarımıza və qonşularımıza özümüz üçün nə arzu ediriksə, onu da arzulayırıq. Bunu dünən Suriyada etdik, Liviyada və Qarabağda da etdik. Sabah Əfqanıstandakı və digər ölkələrdəki qardaşlarımızı da eyni ədalətli münasibətlə dəstəkləyəcəyik. 15 iyul bu cəhdin simvoludur”, – o deyib.
Bundan əvvəl Ərdoğan ölkəsinin, ABŞ-ın maliyyə dəstəyi ilə Əfqanıstanda hərbi kontingent saxlamağa hazır olduğunu açıqlayıb.