ƏRDOĞAN SON 8 İLDƏ 11 DƏFƏ AZƏRBAYCANA GƏLİB

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə rəhbəri kimi etdiyi səfərlərin siyahısı açıqlanıb. Məlum olub ki, qardaş ölkənin rəhbəri prezident seçildiyi 2014-cü il avqustun 28-dən bəri 81 ölkəyə 175 dəfə səfər edib.

Bu siyahıya görə Ərdoğan 13 dəfə Rusiya Federasiyasına, 11 dəfə Azərbaycana, 9 dəfə ABŞ-a, 6 dəfə Qətər ilə Belçikaya, 5 dəfə Səudiyyə Ərəbistanına, 4 dəfə Bosniya və Hersoqovinaya, Küveytə, Şimali Kipr Türk Respublikasına, Çinə və Fransaya səfər edib.

Ərdoğan həmçinin Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəldiyi 2002-ci ildən bəri 32 Afrika ölkəsinə 53 dəfə səfər edib.    

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QEYDİYYATDAN KEÇMİŞ 5 DİNİ İCMAYA ŞƏHADƏTNAMƏ TƏQDİM EDİLİB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 5 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr təqdim olunub. Komitədən verilən xəbərə...

Bağla