Ərdoğan Təhlükəsizlik Şurasını toplayır, Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq

0

Bu gün, sentyabrın 28-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

“TRT Haber” xəbər verir ki, iclasda Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunacaq.

Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİNƏLİ YILDIRIM AZƏRBAYCAN XALQINA BAŞSAĞLIĞI VERİB

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım 27 Sentyabr - Anım Günü ilə...

Bağla