ƏRDOĞAN: TERRORÇULAR TÜRKİYƏNİN SÜLH VƏ TƏHLÜKƏSİZLİYİNİ HƏDƏFƏ ALIBLAR

0

Terrorçular TUSAŞ-a hücumla təkcə bir şirkəti deyil, Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aviasiya və Kosmik Sənaye Səhmdar Cəmiyyətində (TUSAŞ) olan terror aktı barədə jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə əlində olan bütün vasitələrdən istifadə edərək terrora qarşı mübarizəsini davam etdirir:

“Suriyadan və ya fərqli yerlərdən bizə qarşı təxribatı hər an düşünmək, bütün təhlükəsizliyimizi təmin etmək məcburiyyətindəyik. Məqsədimiz tam müstəqil, vahid, bütöv və firavan Türkiyədir. Terrorun qaranlıq və qanlı kölgəsinin ölkəmizdən tamamilə çəkildiyi işıqlı, dinc və təhlükəsiz Türkiyə qurmaq məqsədimizə mütləq nail olacağıq. Müdafiə sənayemiz bunun flaqmanı olacaq. Biz satqınlara baxmayaraq, daha çox çalışacağıq, daha çox istehsal edəcəyik”.

Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın ərazisində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏFTƏSONU GÜCLÜ KÜLƏK ƏSƏCƏK

Azərbaycanda oktyabrın 26-27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki,...

Bağla