“Suriya və İraqdakı toqquşmaların təsir etdiyi ən birinci ölkələrdən biri Türkiyədir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İnterpol-89” toplantısına videomüraciəti zamanı deyib.
“İŞİD-dən FETÖ-ya, PKK-dan YPG-yə qədər terrorizmə qarşı qətiyyətlə mübarizə aparmaqdayıq. Təhlükəsizlik imtahanları qarşısında bir tərəfdən ölkəmizin sabitliyini qoruyarkan, digər tərəfdən beynəlxalq sabitliyə töhfələr veririk. PKK terror təşkilatının Suriya qoluna qarşı hərəkatlarımızla 4 milyondan çox insanı bu təşkilatdan xilas etmişik”, – dövlət başçısı bildirib.