Ərdoğan: Türkiyədən çıxan yüklər Azərbaycan vasitəsilə Orta Asiyaya, Çinə qədər daşınır

0

“Türkiyədən çıxan yüklər Azərbaycan vasitəsilə Orta Asiyaya, Çinə qədər daşınır”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Konya və Karaman vilayətlərini birləşdirən sürətli dəmir yolunun açılış mərasimində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, sürətli dəmir yolu sistemi Türkiyəni bütün bölgə ölkələri ilə birləşdirəcək.

Dövlət başçısı qeyd edib ki, dəmir yolunun inkişafı Türkiyə hökumətinin prioritet istiqamətlərindən biridir.

“Hökumətimiz sayəsində Londondan çıxan qatar Bosfor boğazından keçərək birbaşa Anadoluya çata bilir”, – Türkiyə lideri bildirib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTAN SİLAHLILARI KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan...

Bağla