Ərdoğan Türkiyəyə kömək etməklə məşhurlaşan azərbaycanlını mükafatlandırıb

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin 6 fevralında baş vermiş güclü zəlzələdən sonra avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsən və fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirli mükafatlandırıb.

Mərasim Prezident Köşkündə baş tutub.

Dövlət başçısı S.Bəşirliyə “Vəfa mükafatı”nı təqdim edib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində gündəmə gələn, əslən Laçın rayonundan olan Sərvər Bəşirlini həmrəylik rəmzi adlandırıb.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, türk respublikalarının birgə iştirakı ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı...

Bağla