Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən rəsmi heyət ümrə ziyarəti üçün bu səhər Məkkə şəhərinə gediblər.
Ümrə ziyarəti vaxtı Rəcəb Tayyib Ərdoğan üçün müqəddəs Kəbəi-Şərifin qapısı açılıb və Türkiyə prezidenti Kəbənin içinə girib.
Ziyarət vaxtı R. T. Ərdoğanı xanımı Əminə Ərdoğan, MİT sədri Hakan Fidan, prezident administrasiyasının məruzəçisi İbrahim Kalın, daxili işlər naziri Süleyman Soylu, səhiyyə naziri Fəxrəddin Koca və s. rəsmi şəxslər müşayiət ediblər.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləzizin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.