ƏRDOĞANDAN QÜDS TƏKLİFİ: ÜÇ DİNİN NÜMAYƏNDƏSİ TƏRƏFİNDƏN…

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müaciət edib. Ramazan rayramının karantin rejimi ilə yanaşı Fələstindən gələn kədərli xəbərlərlə sıxıntılı keçdiyini deyən Ərdoğan Qüds şəhəri üçün təklif irəli sürüb. Türkiyə prezidenti, Qüdsün 3 dinin nümayəndəsindən ibarət bir komissiya ilə idarə edilməyinin bu günün şərtlərində ən düzgün yol olacağını deyib.

“…Təklifimiz budur ki, Qüdsün üç dinin nümayəndəsindən ibarət bir komissiya tərəfindən idarə edilməyi bu günün şərtlərində ən düzgün yol olacaq. Əks təqdirdə bu qədim şəhərdə daimi sülhü təmin etmək asan və mümkün olmayacaq…

BMT-ni, BMT Təhlükəsizlik Şurasını, İƏT-i və bütün beynəlxalq təşkilatları təcili olaraq Qüds və fələstinli məzlumlar üçün addım atmağa dəvət edirəm.” – deyə R. T. Ərdoğan bildirib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ ƏHALİ SAYINDA ÇOXALMA OLUB

Türkiyədə əhalinin sayı 83 milyon 614 min 362 nəfərə yüksəlib. Bu, əhalinin qeydiyyatda olduğu ünvana əsasən əldə olunan nəticədən məlum...

Bağla