Ərdoğandan Rusiya, ABŞ və Fransa prezidentinin Dağlıq Qarabağ bəyanatına SƏRT REAKSİYA

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatına münasibət bildirib.

“Reuters” xəbər verir ki, o, həmkarları Vladimir Putin, Donald Tramp və Emmanuel Makrona xəbərdarlıq ünvanlayıb:

“Bu quldur dövlətə dəstək verənlərə xəbərdarlıq edirəm. Qarabağın işğalını görməzdən gələn iki üzlü ölkələrin müraciətləri bizim üçün əhəmiyyət kəsb etmir”.

O, bildirib ki, bölgədə dayanıqlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilməyindən keçir.

Ərdoğan hər üç ölkə liderlərinin Dağlıq Qarabağ problemini artıq müzakirə etdiyini, ancaq bunun heç bir nəticəyə gətirib çıxarmadığını xatırladıb.

BAKU.WS

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Müdafiə Nazirliyinin Məlumatı (TƏCİLİ)

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı...

Bağla