ƏRDOĞANIN MÜAVİNİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR

0

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.

Z.Sırakaya YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.

Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XƏBƏRDARLIQ: HAVA SOYUYACAQ, QAR YAĞACAQ

Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir...

Bağla