Türkiyənin Ərzurum vilayətində Pir Əli Babanın başlatdığı və təqribən 5 əsrdir davam edən 1001 xətm duası edilib.
Məllumata görə Pir Əli Baba XVI əsrdə şəhərin təbii fəlakətlərdən və bəlalardan qorunması üçün belə bir ənənə başladıb.
Yerli xalqın sübh namazından sonra başlatdığı xətm prosesi təqribən 1 ay davam edib. Xətm prosesində Ərzurumla birlikdə Türkiyənin hər tərəfindən möminlər iştirak edib.
Vilayət müftisi “1001 xətm” prooqramı çərçivəsində oxunan 76 min 353 xətmin duasını edib.