Türkiyənin Ərzurum vilayətində yüzlərlə məzar yeri qazılıb. Buna səbəb bölgədə qış mövsümünün çox sərt keçməsidir. Məlumata görə, burada havanın hərarəti -30 dərəcəyə çatdığı və torpaq donduğu üçün qışda qəbir qazmaq mümkün olmur.
Bütün bunları nəzərə alan Ərzurum Bələdiyyəsi Məzarlıqlar idarəsi bölgədə ekskavatorlarla qəbir qazmağa başlayıb. İndiyə qədər bölgədə 920 qəbir qazılıb və qazıntı işləri hava soyuyana qədər davam edəcək.