ƏRZURUMUN 5 ƏSRLİK ƏNƏNƏSİ – 1001 XƏTM PROQRAMI BAŞLADI – VİDEO

0

Türkiyənin Ərzurum vilayətində təxminən 500 ildir davam edən “1001 xətm” proqramına start verildi.

İslamveirfan.com xəbər verir ki, bu proqram çərçivəsində müqəddəs Qurani-Kərim 1001 dəfə başdan sona qədər oxunacaq və dualar ediləcək.

Rəvayətə görə “1001 xətm” proqramını İslam alimlərindən olan Pir Əli Baba başladıb və bu ənənə Ərzurumda 5 əsrdir davam edir.

Yanvar ayının 15-də başa çatması planlaşdırılan proqramın bu ilki şüari belədir: “1001 xətmlə evdə qal, Quran ilə qal”.  

Hafizlərin at üstündə Quran oxuması ilə başlayan xətm proqramı başa çatdıqdan sonra pandemiyanın bitməsi və xəstələrin sağalması üşün dualar ediləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AĞDAM RAYONUNUN AĞDAMKƏND KƏNDİNDƏN VİDEOGÖRÜNTÜLƏR – VİDEO

Ağdam rayonunun Ağdamkənd kəndindən video-görüntülər yayılıb. İslamveirfan.com xəbər verir ki, video-görüntüləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Həmin görüntüləri oxucularımıza...

Bağla