ƏXLAQ İMANIN GÜZGÜSÜDÜR

0

Allahım, yaradılışımı gözəl etdiyin kimi, əxlaqımı da gözəl elə” (Əhməd b. Hənbəl, I, 403) deyə dua edən Peyğəmbər aleyhissalam əfəndimiz: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” buyurur (Malik, əl-Muvatta, Hüsnü’l-Xuluq, 8). Rəbbimiz, onun duasını qəbul etmişdir və onu əxlaqı ali bir məziyyətdə yaratmışdır (Qələm, 4). Hər daim gözəl əxlaqı, nümunəvi davranışları öz həyatında əks etdirən Muhamməd Mustafa aleyhissalam əfəndimiz Muaz bin Cəbəli Yəmənə icra başçısı təyin edərkən, ona belə buyurur: “Ey Muaz insanlara qarşı əxlaqını gözəlləşdir” (Malik, əl-Muvatta, Hüsnü’l-Xuluq, 1-2). İnsanlar arasında cərəyan edən hər bir xırdalıq haqqında əziz Peyğəmbərimizdən ibrətli sözlər eşitmək mümkündür. Məsələn, “Haqlı olduğu halda mübahisəni sonlandıran insana cənnətin həyətində bir köşk, zarafat belə olsa yalan danışmayana cənnətin ortasında bir köşk, əxlaqı gözəl olan kimsəyə isə cənnətin yüksək yerində bir köşk vəd edirəm” (Ebû Davûd, Edeb, 7). Su buzu əritdiyi kimi gözəl əxlaq da xətaları yox edir, pis əxlaq isə sirkənin balı xarab etdiyi kimi yaxşı əməlləri xarab edir. Bir gün, Peyğəmbər aleyhissalam əfəndimiz səhabələri ilə söhbət edərkən, şəffaf köşklərdən, yəni içindən çölü, çölündən də içi görünən möhtəşəm qəsrlərdən danışır. Bir bədəvi də, bu arada bu köşklərin kimlərə nəsib olacağını soruşur. Allahın elçisi də belə buyurur: – “Bu köşklər, yumuşaq və şirin sözlü, (fəqirlərə) yemək yedirən (verən), oruc tutan, insanlar yatarkən namaz qılan kimsələr üçün hazırlanmışdır” (Tirmizi, Cənnət, 3).

İnsanlarla davranışımızda yumşaq olmaq, xoş sözlü olmaq barədə belə buyurur Allahın Elçisi; “Mənə sizdən ən yaxın olanınız, əxlaqı ən yaxşı olan və yanındakılarla xoş keçinəndir. Onlar hər kəsi sevər, hər kəs də onları sevər. Mənim üçün sizdən ən sevimsiz olanlarınız isə, söz gəzdirən, dostları bir-birinə küsdürən və təmiz insanlarda qüsur axtaran şəxslərdir” (Tabərani, Əvsat, 7693). Əbu Zərrə (Allah ondan razı olsun) tövsiyə edən Peyğəmbər aleyhissalam əfəndimiz; “nə tədbirdən üstün ağıl və haramdan uzaq dayanmaq kimi din saflığı, nə də əxlaq qədər güclü əsalət bağı vardır” buyuraraq, əxlaqın çox güclü bir əsalət bağı olduğunu bilidir. Elə bir bağ ki, insanı həm Rəbbinə, həm də Allah Elçisinə yaxşıca bağlayır, eyni zamanda da insanlar arasındakı vəziyyətini möhkəmləndirir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏR AY 10 MİN YAPON “TOKİO MƏSCİDİ”Nİ ZİYARƏT EDİR

Yaponiyada hər ay təqribən 10 min yapon, paytaxt Tokioda olan Türkiyə Diyanət vəqfinə aid “Tokio məscidi”ni ziyarət edir.    Bu...

Bağla