ƏZRAYIL: ÖLÜM MƏLƏYİ

0

Əzrayıl sözünün mənşəi haqqında alimlər fərqli fikirlər bildirmişdir. Ehtimal edilir ki, “Əzrayıl” sözü ibrani mənşəlidir. Bu söz Qurani-Kərim və səhih hədislərdə keçmir. Sadəcə Səcdə surəsində (32/11) insanların canlarını almaqla məsul olan mələkdən “mələku’l-məvt” (ölüm mələyi) olaraq bəhs edilir. Hədislərdə də “mələku’l-məvt” ifadəsi qeyd edilir (Buxari, “Cənaiz”, 69, “Ənbiya”, 31; Muslim, “Fəzail”, 157, 158; Tirmizi, “Təfsir”, 7; İbn Macə , “Cihad” , 10; Müsnəd, II, 269, 351; IV, 287; V, 395). İlk iki xəlifə dövründə (Həzrət Əbu Bəkr və Həzrət Ömər) Kəb əl-Əxbar və Vəhb b. Münəbbihin Əzrayıl haqqında nəql etdiyi xəbərlər (Haqaiqu’d-dəqaiq, s. 507) İslam mədəniyyəti içərisindəki yerini almışdır. Səcdə surəsində və bəzi digər ayələrdə can almaqla məsul mələk tək olaraq işləndiyi halda, digər ayələrdə (əl-Ənfal 8/50; ən-Nəhl 16/32) cəm şəklində (məlaikə) işlənmişdir. Buna görə Əzrayılın ruhları almaqla məsul mələklər qrupunun başçısı olduğunu və ya onun mələklərdən köməkçilərinin olduğunu söyləmək olar.

Qurani-Kərimdə ölüm mələyinin can almaqdan məsul olduğu açıq-aydın bildirilsə də (əs-Səcdə 32/11), bu hərəkət də hər şeyin əsl sahibi olan Allaha aid edilir (əz-Zumər 39/42). Necə ki, digər ayələrdə (Ənam 6/61; əl-Əraf 7/37) ölüm mələkləri “bizim elçilərimiz” (rusuluna) olaraq xatırlanır. İbn Macənin rəvayət etdiyi hədisə görə (“Cihad”, 10) ölüm mələyinə bütün canları almaq vəzifəsi verilmişdir. Yenə Qurani-Kərimdə bildirildiyi kimi, ölüm mələkləri şərdən qorunan möminlərin ruhlarını alarkən şəfqət və mehriban hərəkət edir və özlərinə salam verirlər (ən-Nəhl 16/32); Pislik edərək onlara zülm edənlərin canını alarkən, üzlərinə və kürəklərinə vuraraq onlara qarşı sərt ifadələr işlədirlər (əl-Ənfal 8/50; Məhəmməd 47/27; ən-Nisa 4/97; əl-Əraf 7/37).

Quranda və səhih hədislərdə Əzrayıl haqqında ətraflı məlumat yoxdur. Bəşəriyyət tarixi boyu ölüm kimi çox mühüm bir hadisə və ölüm mələyi haqqındakı bu cür rəvayətlər İsrail qaynaqlarından keçərək müsəlman müəllif və yazıçıların əsərlərindəki yerini almışdır. Əzrayıl motivi türk ədəbiyyatında və xalq nağıllarında da eyni elementlərlə işlənmişdir.   

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Selçuk Bayraktar: “Kızılelma” pilotsuz döyüş təyyarəsi F-35 qırıcı təyyarəsini üstələyəcək

“Pilotsuz uçuş aparatlarının (PUA) müharibələrdə nə qədər faydalı olduğunu bütün dünya gördü. Bu, ilk dəfə İdlibdə, sonra Liviya və Qarabağda,...

Bağla