Ailəsi ilə birlikdə tətil etmək üçün Almaniyadan Türkiyəyə gələn 10 yaşlı uşaq İslam dinini qəbul edərək müsəlman olub.
Türkiyə Antalya vilayətinin Kaş rayonunda dincələn 10 yaşlı Enriko Vittoria Korazanın ailəsi bu məqsədlə rayon müftiliyinə müraciət edib.
Ailə uşaqlarının öz arzusu ilə müsəlman olmaq istədiyini və Kuzey Enes adını götürdüyünü bildirib.
“Almaniyada sinifimizdə də müsəlman dostlarım var. İslam dini həmişə diqqətini cəlb edib. Mən də müsəlman olmağı qərara aldım. Məscidlər çox gözəldir və azan məni rahatladır. Məscidlərin atmosferi və orada edilən dualar çox xoşuma gəlir.” – deyə Kuzey Enes bildirib.