Bu gün XX əsrin ən böyük mürşidi-kamillərindən olan Mahmud Sami Ramazanoğlu həzrətlərinin vəfatının 36-cı ildönümüdür. İslamveihsan.com-un məlumatına görə, Mahmud Sami Ramazanoğlu 1892-ci ildə Türkiyənin Adana vilayətində dünyaya gəlmişdir. Atası Ramazanoğulları sülaləsindən Müctəba bəy, anası Ümmügülsüm xanımdır.
Orta məktəbi Adanada bitirdikdən sonra İstanbulda Darulfünunda hüquq təhsili almışdır. Fakultədən məzun olduqdan sonra hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdən sonra Kəlami dərgahının şeyxi Əsəd Ərbili həzrətlərinə bağlanmışdır. Seyri-sülükünü tamamladıqdan sonra şeyxi Əsəd Ərbili tərəfindən Nəqşibəndi təriqətinin xəlifəsi elan edilmişdir.
Adanaya gedən Mahmud Sami həzrətləri burada irşad fəalyyətinə başlamışdır. Cümhuriyyətin qurulmasından sonra dərgahların bağlanması ilə fəaliyyətini xüsusi söhbətlər kimi davam etdirmişdir. Öz əməyi ilə işləyib qazanmağa əhəmiyyət verdiyi üçün bir ticarətxanada hesabdarlıq etmişdir.
1946-cı ildə Həccə getdi. 1950-ci ildə Adana Ulucami məscidində moizə oxumağa başladı. 1951-ci ildə İstanbula getdi və bu şəhərdə 2 il yaşadı. 1953-cü ildə Həcc ziyarətindən qayıdanda Suriyanın paytaxtı Dəməşqdə qalmağa qərar verir. Burada türk tələbələrlə birlikdə “Ruhul-Bəyan” və “Məktubat” kimi əsərləri oxuyaraq təsəvvüfi söhbətlər etmişdir.
Növbəti il Dəməşqdə qalmaq fikirindən daşınaraq İstanbula qayıtmışdır. İstanbul Ərənköydəki Zihnipaşa məscidində moizə oxumağa başlamış, bir tərəfdən də xüsusi söhbətlərlə irşad fəaliyyətini davam etdirmişdir. Bu vaxt mağazalardan birində mühasib kimi işləyərək iaşəsini qazanmışdır.
Ailəsi ilə birlikdə 1979-cu ildə Mədinə-Münəvvərə şəhərinə köçmüş, 12 fevral 1984-cü ildə vəfat etmişdir. Qəbri Mədinədə Cənnətul-Bəqi qəbristanlığındadır.
20-dən çox kitab yazmışdır və bu əsərlər nəşr edilərək oxucuların istifadəsinə verilmişdir.
Allah rəhmət eləsin!