ÜZÜ GÖZƏLLƏŞDİRƏN İBADƏT

0

Kəlmə olaraq təhəccüd “yuxudan çətinliklə oyanmaq, yatıb sonra yenidən oyanmaq” mənasındadır.

İslam böyüklərindən olan Hz. Həsən Bəsridən soruşdular:

“Gecə namazı qılanların üzü niyə gözəl və nurlu olur?”

Belə cavab Verdi:

“Çünki onlar Rəhman olan Allahla bərabər olurlar…”

Bu bərabərlik səbəbilə aşiqlər, gecənin necə keçdiyini başa düşmədən həsrət və sevgiləri çoxalmış halda səhərə çıxırlar.

İlahi sirr və həqiqətlərin kəşf edilməsi üçün gecələrin qiymətini göstərmək üçün Hz. Bəyazidi-Bistami belə buyurur:

“Gecələr gündüz olmadan heç nəyin sirri mənə ayan olmadı.”

Yenə də Hz. Həsən Bəsri, gecə ibadətlərindən məhrum qalmanın səbəbi barədə deyir:

“Gecələr ibadət üçün oyanmaq, günahların altında qalıb əzilən insana çətin görünür.”

Gecələrdəki mənəvi sirri idrak edən könül əhli insanlar bilir ki, gecənin feyzindən istifadə etməyənlər, səhər də yorğun və yuxusuz oyanaraq gündüzün bərəkətindən də məhrum qalırlar. Gecənin dəyərini bilməyən belələri üçün gündüzün xeyrini də fikrləşmək mümkün deyil. Yəni gündüzün salamatçılığını əldə etmək istəyən hər insan, ilahi və mənəvi mənzərələrin iqliminə girmək üçün gecəsindən düzgün istifadə etməyə məcburdur.   

Mənbə: Osman Nuri TOPBAŞ “Haqq yolçuluğu” kitabından

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZAN NƏ VAXT BAŞLAYIR?

Müqəddəs ramazan ayı aprelin 25-də, gələn həftənin şənbə günü başlayır. İslamveirfan.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)...

Bağla