Məscidi-Əqsa koronovirusla mübarizə çərçivəsində ramazan ayında da ibadətə açılmayacaq. Bu barədə Qüds İslami Vəqflər Şurasının açıqlamasında məlumat yayılıb.
“Kovid-19 pandemiyasının vəziyyəti nəzərə alınaraq mübarək Məscidi-Əqsanın bu il ramazan ayında da ibadətə açılmamasına qərar verilib.” – deyə açıqlamada bildirilir.
Açıqlamada, həmin qərarın daha əvvəl verilmiş fətvalara və tibbi tövsiyələrə uyğunşəkildə qəbul edildiyi vurğulanıb.
Koronovirusla mübarizə tədbirləri çərçivəsində Məscidip-Əqsa martın 22-dən Qüds İslami Vəqflər Şurası tərəfindən ibadətə bağlanıb.